Ayvazyan indi də Fransaya gedirbackend

Ayvazyan indi də Fransaya gedir

Ermənistan xarici işlər naziri Ara Ayvazyan Fransaya gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat yayılıb.

“8-9 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. Səfər zamanı Ayvazyan fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rusiyada səfərdə olan Ara Ayvazyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*