Azad edilən ərazilərdə daha 12 mina aşkarlandıbackend

Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan KONKRET.az-a verilən məlumata görə, yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 6, tank əleyhinə 6 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*