“Azadlıq” radiosunun Rusiya bölməsi müflis elan edildibackend

Azadlıq” radiosunun Rusiya bölməsi müflis elan edildi

Moskva Arbitraj Məhkəməsi “Azad Avropa/Azadlıq Radiosu” MMC-ni müflis elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, avqustun 15-də Moskva Arbitraj Məhkəməsi vergi müfəttişliyinin tələbi ilə “Azad Avropa/Azadlıq Radiosu” MMC-yə müflisləşmə prosesi çərçivəsində nəzarət tətbiq edib.

Məlumata görə, iflas ərizəsi məhkəməyə martın 4-də verilib. Martın əvvəlində radio Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Qeyd edək ki, bundan əvvəl “Roskomnadzor” AzadlıqRadiosunun saytına girişi məhdudlaşdırıb. Radiostansiya ABŞ hökumətinin Qlobal Media Agentliyi tərəfindən idarə olunur və ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*