AZAL Füzuli aeroportu ilə bağlı açıqlama yaydı – FOTObackend

AZAL Füzuli aeroportu ilə bağlı açıqlama yaydı - FOTO

“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

AZAL-dan KONKRET.az-a verilən məlumata görə, 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*