İstanbul-Bakı reysi üzrə texniki problem hələ də davam edir – FOTO / YENİLƏNİBbackend

İstanbul-Bakı reysi üzrə texniki problem hələ də davam edir - FOTO / YENİLƏNİB

AZAL-ın İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan təyyarəsində hələ də texniki problem davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı feysbuk səhifəsində yazıb:

“AZAL-ın 12.20-də İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan uçağında texniki problem yarandığı üçün uçuş 7 saatdır gecikir. 10 saata yaxındır sərnişinlər İstanbul Hava Limanındadırlar. Tranzit uçanlar daha çox. Hamı əldən düşüb. AZAL deyir, düzəlməsə, Bakıdan yeni uçaq göndəriləcək. 7 saat düzəlməmək üçün bəs deyil?”

16:55

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi gecikir.

Bu barədə  KONKRET.az-a AZAL-dan bildirilib.

Məlumata görə, buna səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.

Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*