AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə güzəşt tətbiq etdibackend

AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə güzəşt tətbiq etdi

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edib.

KONKRET.az xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları”nın Mətbuat xidməti məlumat yayıb.

“28 iyun- 2 iyul tarixləri arasında AZAL-dan bilet alın və səyahətlərinizi 20% endirimlə həyata keçirin. Qeyd edək ki, güzəştli aviabiletlərin uçuş tarixi 20 sentyabr- 20 dekabr arasında olacaq.

Endirimli aviabiletləri akkreditə olunmuş agentliklərdən, aviakassalardan və [email protected] email ünvanına müraciət edərək əldə edə bilərsiniz”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*