Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurdubackend

Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurdu

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

KONKRET.az-ın turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2, (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*