Azərbaycan Cənubi Qafqazın hegemonuna çevrilib – Kuznetsovbackend

Azərbaycan Cənubi Qafqazın hegemonuna çevrilib - Kuznetsov

“Azərbaycan Cənubi Qafqaz regionunun hegemonuna çevrilib”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Vesti.az-a açıqlamasında deyib. O,  Azərbaycanın bu gün faktiki olaraq təkcə sosial-iqtisadi deyil, həm də hərbi-siyasi baxımdan Cənubi Qafqaz regionunun hegemonuna çevrildiyini söyləyib.

“Bir il əvvəl Qarabağ uğrunda gedən müharibədə Azərbaycan sarsıdıcı hərbi-texniki və mənəvi-psixoloji qələbə qazandı və heç kim bu faktı inkar edə bilməz”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbədən sonra regionda çox ciddi dəyişikliklər baş verir, ictimai-siyasi və sosial-iqtisadi müstəvidə aktiv və dayanıqlı proses gedir.

“Hazırda biz hamımız əmək qabiliyyətli və reproduktiv erməni əhalisinin təkcə Qarabağdan deyil, faktiki olaraq Ermənistandan da köçməsini müşahidə edirik ki, bu da istər-istəməz bu ölkənin Gürcüstan səviyyəsinə, hətta aşağı düşməsinə gətirib çıxaracaq. ..”, -deyə Kuznetsov vurğulayıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*