“Azərbaycan dili rus dilinə alternativ ola bilər” – Marukyandan AÇIQLAMAbackend

"Azərbaycan dili rus dilinə alternativ ola bilər" - Marukyandan AÇIQLAMA

“Maariflənmiş Ermənistan” müxalifət fraksiyasının rəhbəri Edmon Marukyan Qarabağda rus dilinin ikinci dövlət dilinə çevriləcəyi ilə bağlı qanunun qəbul olunmasına normal yanaşır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qanun layihəsini dövriyyəyə buraxan Marukyan əlavə olaraq bunları deyib: “Bu təşəbbüsə normal münasibətim var. Əslində bizim yalnız iki seçimimiz var: ya Azərbaycan dili “Artsax”da rəsmi dil olacaq və ümumiyyətlə, erməni olmayacaq, ya da erməni dili ilə yanaşı rus dili olacaq. Orada böyük bir rus kontingenti var”.

O, Qarabağda dil məsələsinin Konstitusiya ilə deyil, qanunla tənzimləndiyini xatırladıb, bu səbəbdən islahatın qəbul edilməsini asanlıqla təmin etmək olar. Millət vəkili vurğulayıb ki, dövlətin suverenliyinin dövlət dilinin sayı ilə heç bir əlaqəsi yoxdur. “Məsələn, İsveçrədə, səhv etmirəmsə, 4 rəsmi dil var. İndi İsveçrə suveren bir dövlət deyilmi? ” – deyə Marukyan qanun layihəsini tənqid edənlərin arqumentlərini şərh edərkən vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*