Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıbbackend

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

KONKRET.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Akademiyada üzgüçülük hovuzu fəaliyyət göstərməsə də, həmin sahədə çalışan işçilərə əməkhaqqı ödənilməsi davam etdirilib. Ödəniş 2022-2023-cü illəri əhatə edib və 55,7 min manat təşkil edib.

Akademiyanın maliyyə və idarəetmə sahəsində digər ciddi nöqsanlar da olub. Belə ki, Akademiyanın Nizamnaməsi 2019-cu ildə təsdiq edilmiş “Dövlət və bələdiyyə ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə uyğunlaşdırılmayıb, bu da maliyyə və funksional fəaliyyətə nəzarəti məhdudlaşdırıb.

Audit zamanı depozit hesablarında yerləşdirilən vəsaitlərdən düzgün istifadə edilmədiyi, yerləşdirmə müddətləri və faiz dərəcələrinin optimal seçilmədiyi üçün əlavə gəlir əldə etmək imkanlarının itirildiyi müəyyən olunub. Qeyri-rezidentlərlə bağlanan xidmət müqavilələrində qanun pozuntularına yol verildiyi və bunun nəticəsində 42,9 min manat məbləğində verginin dövlət büdcəsinə köçürülmədiyi də aşkar edilib.

Palata Akademiyaya tövsiyə edib ki, maliyyə idarəetməsi təkmilləşdirilsin, mövcud qanun pozuntuları aradan qaldırılsın və nəzarət mexanizmləri gücləndirilsin.

şkar edilən nöqsanlarla bağlı əlavə tədbirlərin görülməsi üçün Milli Məclisə məlumat təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*