Azərbaycan dövlət qurumlarının əməkdaşları XANKƏNDİDƏDİR – VİDEObackend

Azərbaycan dövlət qurumlarının əməkdaşları XANKƏNDİDƏDİR - VİDEO

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

KONKRET.az “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

Dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək.

Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*