“Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol alacaq” – Melkonyanbackend

"Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol alacaq" - Melkonyan

“Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvana yol alacaq”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri deputat Qagik Melkonyan deyib. Deputat əmindir ki, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvana mütləq yol alacaq.

“Biz buna yol deyirik, onlar (azərbaycanlılar) dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da bunu bacarmalıdırlar, Azərbaycan-Naxçıvan yolu olmalıdır”, – deyə parlamentari bildirib.

Melkonyanın bu fikirlərini “Joxovurd” qəzeti dərc edib. Nəşr yazıb: “Ermənistan hökuməti nəinki Azərbaycanın Naxçıvana yol alacağı ilə razılaşacaq,  həm də Ermənistanın həmin dəhlizə nəzarət edəcəyinə əmin deyilik”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*