Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədi ilə bağlı açıqlamalar verib.
KONKRET.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrin Qarabağla heç bir əlaqəsi yoxdur. Bütün bunlar Azərbaycan-Ermənistan sərhədindəki qeyri-müəyyənlikdir.
Mariya Zaxarova vəziyyətin ağırlaşmasının sərhədin beynəlxalq hüquqi qeydiyyatının olmaması ilə əlaqəli olduğunu düşünür. Vəziyyətdən çıxış yolu delimitasiya və demarkasiya prosesinin başlaması ola bilər. Moskva Azərbaycan-Ermənistan sərhədindəki hadisələri yaxından izləyir və həllində kömək etməyə hazırdır.
Xuraman Etibarlı
KONKRET.az
