Azərbaycan gimnastları İslamiadada daha 2 medal qazandı – YENİLƏNİBbackend

Azərbaycan gimnastları İslamiadada daha 2 medal qazandı - YENİLƏNİB

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

KONKRET.az xəbər verir ki,  Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyevadan ibarət kollektiv trio yarışlarında 2-ci olublar.

13:34

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıblar.

KONKRET.az xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük aerobika gimnastikası üzrə qarışıq qoşa yarışlarında 1-ci yeri tutublar.

12:46

Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, o, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*