“Azərbaycan heç bir sahədə qarşı tərəfə şans verməyəcək” – Qarabağda baş verənlərlə bağlı AÇIQLAMAbackend

“Azərbaycan heç bir sahədə qarşı tərəfə şans verməyəcək” – Qarabağda baş verənlərlə bağlı AÇIQLAMA

Son günlər Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun antiterror əməliyyatlarına başlaması və bir sıra strateji yüksəklikləri ələ keçirməsi düşməni çıxılmaz vəziyyətə salıb. Artıq Xankəndini hər tərəfdən nəzarətə alan və müşahidədə saxlayan Azərbaycan ordusu, Laçın və rayonun bir sıra kəndlərindən də erməni separatçılarını çıxarmağa müvəffəq olub. Belə ki, ermənilər artıq Laçındakı evlərini yandıraraq şəhəri və ətraf kəndləri tərk edirlər. Baş verənlər Azərbaycan tərəfinin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri bütün mümkün vasitələrlə yerinə yetirməyə məcbur etdiyini göstərir. Proseslərin növbəti mərhələsinin necə cərəyan edəcəyi isə maraq doğurur.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək: “Hərbi-texniki sahədə Azərbaycan bütünlüklə üstünlüyü öz əlinə alıb. Biz çox çalışdıq ki, məsələnin sülh yolu ilə həllini tapaq. Ancaq Ermənistan bilərəkdən bundan yayındı. Onlar özlərini sanki qalib hiss edirdilər. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ermənilərin çox aqressiv xalq olduğunu bir daha gördük. Biz isə onlara qarşı güclü mövqe ortaya qoyduq və prosesləri öz xeyrimizə dəyişdik. İndi həm təşəbbüs, həm də üstünlük bizdədir. Bu isə onu göstərir ki Azərbaycan heç bir sahədə qarşı tərəfə şans verməyəcək”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki sahil"

Politoloqun sözlərinə görə, Prezidentin işğaldan azad olunan ərazilərə səfəri və orada qəti mövqe sərgiləməsi göstərir ki, Ermənistanın Azərbaycanın  üstünlüyünü qəbul etməkdən və onun təkliflərindən bəhrələnməkdən başqa çıxış yolu yoxdur: “Bu münasibətlər sağlam, qonşuluq siyasətinə uyğun olmalıdır. Kommunikasiyalar açılanda Ermənistan bu prosesdən qazanan tərəf olacaq. Əgər bunu istəməsə, o zaman şərtlər heç cür dəyişməyəcək”.

Arifə Kərimzadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*