Azərbaycan idmançısı Ukraynada ermənini məğlub edərək dünya çempionu oldu – FOTObackend

Azərbaycan idmançısı Ukraynada ermənini məğlub edərək dünya çempionu oldu - FOTO

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatının qalibi azərbaycanlı idmançı olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, çempionatda Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yetirməsi Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək, 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*