“Kaliforniya ştatının San-Xose şəhərində bu yaxınlarda tikilmiş Xabad Evi sinaqoqu 2021-ci il dekabrın 23-də baş vermiş yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Bundan Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin “Twitter” hesabındakı paylaşımından öyrəndim. Ötən ilin dekabrında baş vermiş yanğın nəticəsində Xabad Evi sinaqoqunun dağıldığını öyrəndim və bu, məni kədərləndirdi. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu sinaqoqun bərpasına vəsait ayırıb. İnsanları bu cür səyləri dəstəkləməyə təşviq etmək üçün bunu paylaşın. Sinaqoqun təntənəli açılışını səbirsizliklə gözləyirəm”.
KONKRET.az worldmedi.az saytına istinadla bildirir ki, bu sözləri Nəsimi Ağayev sosial şəbəkə hesabında yazıb.
Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Amma ölkədə müxtəlif yəhudi icmaları da yaşayır. Məsələn, paytaxtımız Bakıda Xabad icması gündən-günə çiçəklənir. Sumqayıt və Qubada da Xabad mərkəzləri fəaliyyət göstərir. Bakıda Xabad sinaqoqu ilə yanaşı, ultramüasir yəhudi təhsil mərkəzi də var. “Xabad-Or-Avner” təhsil mərkəzində təxminən 450 yəhudi şagird təhsil alır, onlara yəhudi mədəniyyəti, adət-ənənələri, ivrit dili, həmçinin müasir elm və texnologiyalar tədris olunur. Məktəb yəhudi icmasını kaşrut yeməklərlə də təmin edir. Bundan başqa, Bakıda yəhudi uşaqlar üçün uşaq bağçası və çoxsaylı yəhudi təşkilatı da fəaliyyət göstərir./Lent.az

konsulluq dindən ayrıı olan laik dövlətin orqanıdır, onun vəsaitini bizə heç bir aidiyyatı olmayan bir işə xərcləmək aşkar özbaşınalıqdır və qanunla cəzalandırılmalıdır…konsul bu işə öz şəxsi vəsaitindən pul ayıra bilərdi, əgər özünü bu dinin tərəfdarı sayırsa..
Əvvəl Qarabağı və ətraf rayonları bərpa edin sonra sinaqoqu, katakombaları və s başqa işləri görərsiniz. Azərbaycan əhalisinin əmək haqqını artırmıllar ki, Qarabağa görə vəsait çatmır, amma başqa işlərə vəsait tapırlar