Azərbaycan millisi Küveytə qalib gəldibackend

Azərbaycan millisi Küveytə qalib gəldi

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə növbəti yoldaşlıq oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 3:2 hesabı ilə Azərbaycan milli komandasının xeyrinə başa çatıb.

Millimizin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqləniblər.

Xatırladaq ki, komandamız bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*