Azərbaycan millisi Malta ilə qarşılaşacaqbackend

Azərbaycan millisi Malta ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxalam oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*