Azərbaycan millisi Türkiyə yığmasına qalib gəldibackend

Azərbaycan millisi Türkiyə yığmasına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edib.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.

Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.

Qeyd edək ki, komandamız mayın 31-də “ay-ulduzlar”a 0:1 hesabı ilə məğlub olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*