Azərbaycan müdafiə naziri türkiyəli həmkarını təbrik etdibackend

Azərbaycan müdafiə naziri türkiyəli həmkarını təbrik etdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*