Nantaket yaxınlığında dəhşətli hadisə: 6 nəfərin olduğu təyyarənin qalıqları tapıldıbackend

Nantaket yaxınlığında dəhşətli hadisə: 6 nəfərin olduğu təyyarənin qalıqları tapıldı

ABŞ-ın Massaçusets ştatının Nantaket adası yaxınlığında göyərtəsində 6 nəfərin olduğu təyyarə ilə bağlı axtarışlarda mühüm nəticə əldə olunub.

KONKRET.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Bermud adalarından Bostona uçan “Gulfstream” təyyarəsinin qalıqlarını aşkarlayıb.

Qurumun məlumatına görə, axtarış-xilasetmə qrupları Nantaket sahillərində təyyarə qalıqlarının olduğu ərazini müəyyənləşdirib və tapılan qalıqların itkin Gulfstream G100 təyyarəsinə aid olduğu təsdiqlənib. Göyərtədə 4 kanadalı və 2 Bermudalı olmaqla 6 nəfər olub və onların axtarışı davam edir.

Qeyd edilib ki, təyyarə ilə əlaqə şənbə günü səhər saatlarında kəsilib. Bundan sonra ABŞ Sahil Mühafizəsi və digər aidiyyəti qurumlar Nantaket sahillərində genişmiqyaslı axtarış əməliyyatına başlayıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*