İlk hissə bitdi.
***
Millimiz hesabı açdı.
Abdulla Xaybullayev 25-ci dəqiqədə hesabı açıb – 1:0.
***
UEFA Millətlər Liqasının Azərbaycan – Litva matçına start verilib.
D liqasının 2-ci qrupunun oyunu “8-ci km” stadionunda keçirilir.
Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.
***
Azərbaycan və Litva milli komandalarının UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunda start heyətləri açıqlanıb.
KONKRET.az xəbər verir ki, komandalar matça aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Azərbaycan: Emil Balayev, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Abdulla Xaybulayev, Aleksey İsayev, Toral Bayramov, Oruc Məmmədov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: Tomas Şvedkauskas, Edqaras Utkus, Modestas Vorobyovas, Artur Doljnikov, Armandas Kuçis, Yustas Lasikas, Vikintas Slivka, Qvidas Gineitis, Vilius Armalas, Rokas Lekiatas, Adrian Lickunas.
Baş məşqçi: Edqaras Yankauskas.
***
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq.
KONKRET.az xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək.
8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək.
Sentyabrın 27-də komandalar arasında Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda 2 xalla ikincidir. Litva isə 4 xalla liderdir.
4 oktyabr
UEFA Millətlər Liqası
4-cü tur
17:00 Azərbaycan – Litva
Baş hakim: Qustavo Korreya (Portuqaliya)
8-ci km stadionu.
