Bu ölkə Talibana silah və PUA satacaqbackend

Bu ölkə Talibana silah və PUA satacaq

Əfqanıstanın Taliban hökuməti Belarusdan silah və PUA alacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Afghanistan International”ın məlumat yayıb.

MəlumatdabBelarusun xüsusilə PUA-lar da daxil olmaqla müəyyən hərbi texnikanı Hindistanın vasitəçiliyi ilə Talibana təqdim etməyə hazır olduğu bildirilib.

İddialara görə, Hindistanın Belarusla mövcud hərbi-texniki əlaqələri bu prosesdə əsas rol oynayır. Talibanın isə Pakistanla artan hərbi gərginlik fonunda PUA və digər silahlara ehtiyacı artır.

Məlumata görə, Rusiya tərəfinin razılığı ilə sövdələşmələrdə vasitəçi qismində Hindistan çıxış edir.

Bildirilib ki, əməkdaşlıq bu ilin yazında Talibanın müdafiə naziri Məhəmməd Yaqubun Rusiyaya səfərindən sonra başlayıb. O, səfər zamanı hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*