“Turan Tovuz” “Fənərbağça”ya məğlub oldubackend

"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu

“Turan Tovuz” yoldaşlıq oyununda Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

****

“Turan Tovuz”la Türkiyənin “Fənərbağça” klubu arasında bu gün keçiriləcək yoldaşlıq matçı üçün heyətlər açıqlanıb.

KONKRET.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyuna aşağıdakı heyətlə çıxacaqlar:

“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.

“Fənərbağça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaettin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*