Azərbaycan müdafiə xərclərini ARTIRIRbackend

Azərbaycan müdafiə xərclərini ARTIRIR

Azərbaycanda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün dövlət büdcəsindən 6 milyard 852 milyon manat xərclənəcək.

KONKRET.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 22,9 %-i deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2,6 % çoxdur.

Həmin vəsaitin 2 milyard 89 milyon manatı müdafiə və milli təhlükəsizlik üçün, 2 milyard 362 milyon manatı isə məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması nəzərdə tutulub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16,3 % və 12,9 % çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*