Azərbaycan Ordusu Verin Şorja yaxınlığında mövqelərini gücləndirib – Badalyan – FOTObackend

Azərbaycan Ordusu Verin Şorja yaxınlığında mövqelərini gücləndirib - Badalyan - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Verin Şorja yaxınlığında mövqelərini gücləndirib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, ordumuzun Verin Şorja yaxınlığındakı mövqelərdə möhkəmlənməsi ilə bağlı fikirlərin təsdiqi kimi foto da paylaşılıb. Bloger Mika Badalyan öz Teleqram kanalında bu fikirləri qeyd edib:

“Sözün əsl mənasında 7-10 gün əvvəl bu postda bir çadır vardı, indi ikisi var. Buraya gətirilən suyun miqdarına və yeməklərə baxın və bu, görə biləcəyimizdir, hələ görə bilmədiyimiz çox şey var. Silahların sayı və gücü iki qat artıb. Qışa hazırlıq işləri sürətlə gedir.

Bəs biz necə? Qışa hazırlaşırıqmı? Bundan söhbət belə gedə bilməz…”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*