Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirdi – VİDEO+FOTObackend

Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirdi - VİDEO+FOTO

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*