Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşmədibackend

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Kəpəz”i qəbul edib.

“Kapital Bank Arena”da oynanılan qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Gəncə təmsilçisinin heyətində Giorgio Kantaria 45-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Hazırda 4 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” səfərdə “Şamaxı”nı minimal hesabla yenib – 1:0. Turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Səbail”i 2:1, “Zirə” “Turan Tovuz”u 3:1, “Qarabağ” isə evdə “Neftçi”ni 3:1 hesabı ilə üstələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*