Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdibackend

Azərbaycan Prezidenti litvalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

KONKRET.az-ın məlumatına görə, dövlətimizin başçısı təbrikdə Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Prezident İlham Əliyev bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını qeyd edib.

Prezident İlham Əliyev Prezident Gitanas Nausedaya möhkəm cansağlığı, işlərində uğurlar, Litva xalqına sülh və rifah arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*