Azərbaycan Qış Paralimpiya Oyunlarında – İLK DƏFƏbackend

Azərbaycan Qış Paralimpiya Oyunlarında - İLK DƏFƏ

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən KONKRET.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 – 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*