“Azərbaycan-Türkiyə görüşləri həssas məqamlardan xəbər verir” – DEPUTATbackend

"Azərbaycan-Türkiyə görüşləri həssas məqamlardan xəbər verir" - DEPUTAT

“Azərbaycan-Türkiyə arasında olan münasibətlər dünyanın siyasi xəritəsində olan digər dövlətlər arasında strateji tərəfdaşlıq və əməkdaşlıqdan xeyli fərqlidir”.

Bunu KONKRET.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib. Deputat qeyd edib ki, biz eyni kökə və mənşəyə malik xaqlarıq: “Eyni dildə danışırıq. Bizim hazır ki, siyasətimiz onu göstərir ki, biz eyni milət iki dövlətik. İki dövlətin də siyasəti də çox zaman vahid ölkə prizmasından aparılır. Bunun da başında bizim uğurlu xarici siyasətimiz dayanır. Eyni zamanda müdafiə fəaliyyətimiz. Hər iki sahədə Azərbaycan və Türkiyənin qarşılıqlı yardımlaşması var. Biz təkcə düşünməyək ki, söhbət təkcə Türkiyənin Azərbaycana yardımından söhbət gedir. Bu yardımlar qarşılıqlıdır. Necə ki, Azərbaycana Türkiyədən dəstək gəlir, eləcə də dünyanın istər siyasi istərsə də digərlər platformalarda Azərbaycanın Türkiyəyə ciddi dəstəyi var.

Azərbaycan Xarici İşlər nazirinin ilk səfərinin Türkiyəyə etməsi, onun Müdafiə Naziri Zakir Həsənola birlikdə dövlət başçısının qəbulunda olması və bu görüşün cəmiyyət yüksək səviyyədə təqdim edilməsi hesab edirəm ki, iki qardaş dövlətin bizə qarşı gələnlərə güc göstərişi idi. Bu görüş Azərbaycan və Türkiyə əlehinə qurulmuş strateji yanaşmalara əsaslı təsir edəcək. Sirr deyil ki, Azərbaycan Türkiyə ilə strateji patnyordan daha önəmli əlaqəyə sahibdir. Bu görüş hazır ki, həssas məqamlardan xəbər verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*