Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.
KONKRET.az xəbər verir ki, ölkə üzrə ən şox yoluxma 56,2%-lə Bakıdadır.
Yoluxmaların 15,8%-i isə Abşeron rayonunun payına düşür.
Koronavirusa yoluxmanın 10,2%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 1,9%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.
Yoluxmanın 0,03%-i isə Naxçıvanın payına düşür.
Qeyd edək ki, koronavirusa yoluxanların 0,8%-ni ölkə xaricindən gələnlər təşkil edir.

