Azərbaycan və Bolqarıstan idmançılarının iştirakı ilə festival olacaqbackend

Azərbaycan və Bolqarıstan idmançılarının iştirakı ilə festival olacaq

Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə iyunun 5-də Bakıda Gənclərin İdman Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və breyk-dans növlərində idmançılar mübarizə aparacaqlar.

Tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Saat 15.00-da başlanacaq, festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, festivala qatılacaq Bolqarıstan nümayəndə heyəti Azərbaycana bu gün gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*