Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklərbackend

Azərbaycan və Rusiya şirkətləri avtomobil istehsalında əməkdaşlıq edəcəklər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC və Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Məlumata görə, Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalını nəzərdə tutur.

Memorandumu “Azərmaş”ın sədri Emin Axundov və “Sollers”in baş direktoru Nikolay Sobolev imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*