Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldubackend

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu 

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, – nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*