“Azərbaycan vətəndaşları son 10 ildə Ermənistanda 6 mənzil alıb” – Erməni KİVbackend

"Azərbaycan vətəndaşları son 10 ildə Ermənistanda 6 mənzil alıb" - Erməni KİV

“Azərbaycan vətəndaşları son 10 ildə Ermənistanda 6 mənzil alıb”.

KONKRET.az xəbər verir ki, bu barədə SputnikArmenia məlumat yayıb. SputnikArmenia-nın müraciəti əsasında Dövlət Əmlak Kadastrı Komitəsi bildirib ki, 2010-2021-ci illərdə Türkiyə vətəndaşları alınmış, dəyişdirilmiş və ya hədiyyə verilmiş 71 obyekt əldə ediblər. Bunlar mənzillər, fərdi evlər, qarajlar, həmçinin ictimai obyektlər, torpaq sahələridir.

Bu 10 il ərzində Azərbaycan vətəndaşları 6 obyekt, əsasən də mənzil alıblar. Onların iştirakı ilə sonuncu əməliyyat 2019-cu ildə qeydə alınıb.

Söhbət etnik mənsubiyyətdən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olduğunu deyə bilmərik.

Media bu prosesin qarşısıalınmaz olduğunu bildirib.

“İlham Əliyev Ermənistana qayıdan azərbaycanlılardan danışıb. Yəni təəccüblənəcək heç nə yoxdur. Zəngəzur dəhlizi açılandan sonra azərbaycanlılar Ermənistanda daha çox mülk alacaqlar. Bu prosesi dayandırmaq olmayacaq”, – deyə SputnikArmenia yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*