Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verdibackend

Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası ilə əlaqədar başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Pakistanın Bəlucistan əyalətində baş vermiş, çoxsaylı insanın həyatına son qoyan və yaralanmalara səbəb olan ölümcül kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, zərərçəkənlərin ən qısa zamanda təhlükəsiz şəraitə çatdırılacağına ümid edirik”, – deyə paylaşımda qeyd olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*