Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verdibackend

Azərbaycan XİN rəhbəri belaruslu həmkarının vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazir tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə xəbər tutdum. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*