Azərbaycan yığması Ermənistana qalib gələrək, Avropa çempionatında medal qazanıbbackend

Azərbaycan yığması Ermənistana qalib gələrək, Avropa çempionatında medal qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arası Avropa çempionatı başa çatıb.

KONKRET.az-ın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları turniri qələbə ilə başa vurublar.

Kişilərdən ibarət milli sonuncu – IX turda Sloveniyanı 3:1 hesabı ilə məğlub edib. Bununla da xal hesabını 11-ə çatdıran yığma Avropa çempionatını 6-cı yerdə başa vurub.

2017-ci ildə qazandığı çempionluğu əldən verən şahmatçılarımız titulu Rusiyaya təhvil veriblər. Şimallılar 15 xalla 1-ci, Ukrayna 14 xalla 2-ci, İngiltərə eyni göstərici ilə 3-cü olub.

Qadın şahmatçılarımız isə Avropa çempionatını sensasiyalı uğurla yekunlaşdırıblar. Son turda Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edən komandamız aktivini 14 xala çatdırıb. Yalnız Rusiya (16 xal) və Gürcüstandan (15 xal) geri qalan milli Avropa çempionatında bürünc mükafata yiyələnib.

Bu, xanım şahmatçılarımızın Avropa çempionatları tarixində ikinci medalıdır. İlk belə uğur 27 il öncə – 1992-ci ildə qeydə alınmışdı. O zaman Macarıstanın Debretsen şəhərində də millimiz 3-cü olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*