Azərbaycana dəhşətli soyuqlar gəlir – DİQQƏTbackend

Azərbaycana dəhşətli soyuqlar gəlir – DİQQƏT

Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

KONKRET.az bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.

G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*