Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısının sərəncamı ilə Dauren Jumataeviç Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsindən azad olunub.
Kadr qərarı Xəzər dənizində hərbi təlimlər zamanı baş verən faciədən bir neçə gün sonra qəbul edilib. Sentyabrın 24-də “Xazar Qorgany-2026” təlimləri zamanı hərbi qulluqçuların katerdən dənizə düşməsi nəticəsində 17 hərbçini açıq dənizə aparıb. Onlardan 3-ü xilas edilib, 14 nəfər isə həlak olub.
Hadisədən sonra Tokayev Müdafiə Nazirliyində kompleks yoxlama aparılması üçün xüsusi komissiyanın yaradılmasına dair sərəncam imzalayıb. Komissiyaya ilkin nəticələri yeddi gün ərzində dövlət başçısına təqdim etmək tapşırılıb.
Qeyd edək ki, hadisə ilə bağlı hərbi qulluqçuların ölümü və gəmi idarəetmə qaydalarının pozulması ehtimalı üzrə araşdırma aparılır. Bir neçə Müdafiə Nazirliyi və hərbi hissə rəsmisinin saxlanıldığı da bildirilib.
Günay Əli
KONKRET.az
