Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb backend

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb 

Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.

KONKRET.az xəbər ki, dövlət və ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, şəhər sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərindən gəlmiş insanlar şəhid məzarlarını ziyarət edir, məzarın önünə əklil qoyurlar.

Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib. Qarabağ işğaldan azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*