Azərbaycanda 150 min ev təsərrüfatı fiber-optik xətlərlə təmin olundubackend

Azərbaycanda 150 min ev təsərrüfatı fiber-optik xətlərlə təmin olundu

İndiyə qədər Azərbaycanda 150 min ev təsərrüfatı müasir yüksək sürətli internetə imkan verə bilən fiber-optik xətlərlə təmin olunub.

KONKRET.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin sonuna qədər evlərin hamısı müasir texnologiyalarla yüksək sürətli internetlə təmin ediləcək. Bunun üçün 1 400 km uzunluğunda fiber-optik xətlərin çəkilişi davam etdirilir.

Bundan başqa, ötən il işğaldan azad olunmuş ərazilərin 50%-də 4G mobil texnologiya şəbəkəsi qurulub, 35%-də teleradio yayımı bərpa edilib, 4 istiqamətdə poçt xidmətlərinin göstərilməsinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*