Azərbaycanda 22 yaşlı gənc “İnstagram”da tanış olduğu evli və 2 uşaq anası olan qadını qaçırıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.
Sevgilisi ilə qaçan Aytən 6 ildir evli olduğunu bildirib: “22 yaşım var. 3 və 5 yaşlı iki uşağım var. 16 yaşında zorla ərə verilmişəm. Mən hər iki uşağımdan imtina edib, atalarına verirəm. Mən sevgilimlə 1 həftədir ki, “İstagram”da tanış olmuşam. Telefonumu həyat yoldaşım almışdı. Mən sevgilimlə tanış olanda ailəli və iki övladımın olduğunu demişəm”.
Evli qadını qaçıran gənc bildirib ki, onunla “İstagram”da tanış olub: “Özüm kafe işlədirəm. Mən onun evli olduğunu bilirdim. Onun qəmli həyatına dözə bilmədim. Sonda onu qaçırmalı oldum”. // Unikal.org
