Bu gün Azərbaycanda Elm günüdür. Elm gününün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci il dövlət büdcəsində elm sahəsinə ayrılan xərclər 244,4 milyon manat olaraq nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,5 faiz artım deməkdir.
Bu ilin yanvar ayında AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Artımdan sonra AMEA Prezidentinin maaşı 4079 manata çatıb. AMEA-nın 1-ci vitse-prezidenti 2824, vitse-prezidenti, akademik katibi 2611 manat maaş alır. Digər işçilərin maaşları aşağıdakı kimidir:
| Sıra
№-si |
Vəzifələrin adı | Aylıq vəzifə maaşı
(manatla) |
| 1. | AMEA-nın prezidenti | 4079 |
| 2. | AMEA-nın 1-ci vitse-prezidenti | 2824 |
| 3. | AMEA-nın vitse-prezidenti, akademik katibi | 2611 |
| 4. | AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik-katibi | 1952 |
| 5. | İdarə rəisi | 1888 |
| 6. | AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini | 1825 |
| 7. | İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbə rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi | 1555 |
| 8. | Qeyri-əsas şöbənin rəisi, sektor müdiri | 1135 |
| 9. | Qeyri-əsas şöbə rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi | 1072 |
| 10. | Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri | 999 |
| 11. | Aparıcı mütəxəssis | 905 |
| 12. | Mütəxəssis | 826 |
