Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib.
KONKRET.az–ın məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri – 1983-cü il təvəllüdlü Mərdan Mehdixanov, 1978-ci il təvəllüdlü Könül Məmmədova, 2008-ci il təvəllüdlü Zəhra Mehdixanova, 2011-ci il təvəllüdlü Leyla Mehdixanova, 2011-ci il təvəllüdlü Yusif Məmmədov və 2017-ci il təvəllüdlü Cümşüd Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə onlar qida məhsularından zəhərləniblər.
