“Keçən ilin sentyabr ayında bir ilkə imza atdıq.
Elmar bəy 203 kilo ilə təcrübəmdə 2018-ci ildə ən çəkili pasiyentim oldu”.
KONKRET.AZ-ın məlumatına görə, bunu bariatrik cərrah, tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev bildirb.
Onun sözlərinə görə, iki saata qədər çəkən əməliyyatdan sonra pasiyent yeni həyata qədəm qoyub:
“Bu gün yanıma gələn Elmar tanınmaz bir durumdadır.
Sanki 10 il cavanlaşıb, tam dəyişmiş bir simada!! Özüm də inanmadım.
Hətta məndən arıq görünür.
Elmar yeni rekord göstərdi! Çəki atmaq rekordu…”,- cərrah bildirib.
O, sosial şəbəkədə pasiyentin əvvəlki və bugünkü şəkillərini də paylaşıb.
1569576606.jpg)

