Azərbaycanda cib bıçaqlarının satışı qadağan edilsin – Abbasovbackend

Azərbaycanda cib bıçaqlarının satışı qadağan edilsin - Abbasov

İki gün öncə tik-tokda canlı yayımıma qoşulan şəxs 15 yaşlı oğlunun cib bıçağı ilə 16 yaşlı oğlanın baldır nahiyyəsinə bir zərbə vurduğunu və nəticədə zərərçəkənin qanitirmədən öldüyünü bildirdi. Demək 15 yaşlı uşaq köşklərin birindən cib bıçağı alıb və dostları ilə zarafatlaşarkən  bıçağı çıxarıb. Digəri də qayıdıb deyib ki, onu çıxarmaq şərt deyil, əsas odur ki, istifadə edəsən. Bu da götürüb həmin uşağın baldırına vurub.

Nəticə də faciəli…Təssüf ki, bu ilk belə hal deyil. 10-11-ci sinif uşaqlarının əksəriyyəti açılıb-bağlanan, içərisindən çıxan cib bıçaqlara meyl edir, bu cür bıçaqları alıb bellərində daşımaqda sanki qürur duyurlar. Heç bir gənc və yeniyetmə üzərində mətbəx bıçağı gəzdirmir.

Dostlar, elə ağır cinayətlər var ki, mübahisə anında onları törətmək üçün mütləq alət olmalıdır. Və biz bu aləti, yəni cib bıçaqlarını sankı uşaqlarımıza özümüz əlçatan etmişik. Belə bir cinayət alətinin olmaması cinayətin də qarşısını almaqda kömək edir. Əsəbi başda ağıl olmaz deyirlər. Əsəbləşən adam bir var yumruq ata, bir də var bıçaq vura..Dostlar, bu səbəbdən qaldırdığım məsələnin paylaşılmasını xahiş edirəm. Azərbaycanda cib bıçaqlarının satışı üzərində ciddi nəzarət olunmalı və bu barədə tədbirlər görülməlidir. Gəlin övladlarımızı qoruyaq.

Müşfiq Abbasov

qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*