Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır.
KONKRET.az xəbər verir ki, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb.
Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.
Xəstə sayının çoxalması isə xəstəxanalara tələbatı artırır.
Gömrük Hospitalı sabahdan etibarən fəaliyyətini dayandıracaq və yalnız COVID-19 xəstələrini qəbul edəcək.
TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirib ki, xəstəxanalarla bağlı ölkədə ciddi çatışmazlıq hələ ki, yoxdur.
